"Qalatasaray" dünən Türkiyə Kubokunda mübarizəni dayandırmaqla yanaşı, əsas heyətin 3 futbolçusunu itirib.
Sportarena.az xəbər verir ki, "İstanbul Başakşehir"lə oyunun əvvəlində zədələnən Uesli Sneyderdən başqa Lionel Karole və Səlçuk İnanın da səhhətində problem olduğu ortaya çıxıb. Sneyderin dayaq əzələsində yüklənmə, Karolenin isə sağ ayağında burxulma aşkarlanıb. Səlçuk isə qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkir.
Hər üç futbolçu bu gün tibbi yoxlamalardan keçəcək və bundan sonra onların nə qədər müddətdə oynamayacaqları müəyyənləşəcək.