"Ən ciddi təklifi "Tottenhem" göndərib" - Futbolçumuzun meneceri - AÇIQLAMA

11:03 6 Fevral 2017

Müzzi Özcan meneceri olduğu 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozancan Kökcü ilə İngiltərə klublarının maraqlandığını təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, "Yahoo Sport"a açıqlamasında bildirib:

 

"İngiltərənin "Tottenhem", "Everton, o cümlədən, Hollandiya, Almaniya klublarından təklif almışıq. Ən ciddi təklifi "Tottenhem" göndərib. Qarşıdakı həftələrdə yekun qərarımızı verəcəyik".

 

Qeyd edək ki, Ö.Kökcünün "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır.


Digər xəbərlər

Xəbər xətti