"Beşiktaş"ın futbolçusu qaydaları pozdu - 24 oyunluq cəzalana bilər

15:51 6 Fevral 2017

"Beşiktaş"ın futbolçusu Duşko Toşiçə 24 oyunluq cəza verilə bilər.
 
 
Sportarena.az xəbər verir ki, buna səbəb onun "Fənərbaxça" derbisindəki hərəkətidi. Derbidə qırmızı vərəqə alaraq matçı tərk edən serb futbolçunun ikinci hissədə yenidən paltardəyişmə otağının tunelindən oyunu izdədiyi məlum olub. Toşiçin başqasına aid akkredisiya kartı ilə paltarəyişmə otağında girdiyi və oyunu izlədiyi üzə çıxıb. Qırmızı vərəqə aldığından onun meydanın kənarında yer alması qaydalara ziddi. 
 
 
Türkiyə Futbol Federasiyasının Futbol İntizam Təlimatnaməsinin 47-ci maddəsinin 1-ci bəndində deyilir:
 
"Haqq sahəbi olmadığı halda başqasının lizenziya, akkredisiya və başqa uyğunluq sənədlərindən istifadə edərək TFF və müsabiqə görəvlilərinin yanıltmağa çalışan və ya bu hərəkətdə hər hansı şəkildə iştirak edən futbolçulara 8 ilə 24 matç arası cəza verilir".


Digər xəbərlər

Xəbər xətti