Sportarena.az xəbər verir ki, Turnirin büdcəsinə 19,1 milyard rubl (323 813 515 dollar) əlavə olunub. Rusiya Federasiyasının hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 mlrd. 670,5 mln-dan 638 mlrd. 842,6 mln rubla qədər artıb.
Qeyd edək ki, DÇ-2018-in oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.