Hakan Çalhanoğlu Türkiyə mətbuatını yalançı çıxardı - AÇIQLAMA

13:34 7 Fevral 2017

"Bayer"in futbolçusu Hakan Çalhanoğlu "Tvitter" hesabında maraqlı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, türkiyəli futbolçu son günlərdə adından yayılan açıqlamarı təkzib edib:

 

“Mən mətbuata “Çelsi” barədə heç nə deməmişəm. Heç bir türk jurnalistə müsahibə verməmişəm. Nə məhkəmənin qərarı, nə də gələcək karyeramla bağlı”.

 

Qeyd edək ki, Türkiyənin "Fanatik" qəzeti onun adından "Çelsi"yə keçəcəyi ilə bağlı açıqlamalar yayıb. Eyni zamanda, futbolçunun məhkəmə qərarına münasibəti də bir sıra mətbu orqanları tərəfindən uydurulub.


Digər xəbərlər

Xəbər xətti