Daha bir ulduz futbolçu katyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, Cibril Sisse yaşıl meydanlarla vidalaşıb. 35 yaşlı futbolçunun son iş yeri Fransanın "Bastiya" klubu olub.
O, karyerası ərzində Fransanın "Oser", "Marsel", İngiltərənin "Liverpul", "Sanderlend", "Queens Park", İtaliyanın "Latso", Yunanıstanın "Panatinaikos", Rusiyanın "Kuban" və Qətərin "Əl-Qarafa" klublarında oynayıb. O, karyerası ərzində meydana çıxdığı 458 oyunda 190 dəfə fərqlənib. Bir çox titula sahib çıxmış Sissenin karyerasındakı ən böyük uğur 2005-ci ildə "Liverpul"la Çempionlar Liqasının qalibi olmaqdı.