"Neftçi"nin yeni transferi: "Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil" - MÜSAHİBƏ

14:47 8 Fevral 2017

"Neftçi”nin hücumçusu Daniel Seqoviyanın klubun rəsmi saytına müsahibə verib. 
 
 
Sportarena.az həmin müsahibəni təqdim edir:
 
 
- Yeni komandaya, abu-havaya uyğunlaşa bilmisiz?
- Abu-havaya artıq tam uyğunlaşmışam. "Neftçi”də məni hər şey qane edir. Komanda yoldaşlarım məni isti qarşıladı, buna görə onlara minnətdaram. Klub rəhbərliyi və məşqçilər heyəti məni gözəl başa düşür. Qalır yalnız qol vurub azarkeşləri sevindirmək.
 
 
- Özünüzü qarşıdakı oyunlara hazır hesab edirsinizmi?
- Təbii ki, bir müddət komandasız məşq etdiyimi nəzərə alsaq vəziyyətim elə də ideal deyil. Amma formamı itirməmişəm. Fikrimcə, optimal forma yığmaq üçün mənə daha 5-6 gün lazım olacaq.
 
 
- Bəs ilk qol üçün necə?
- Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil. Sadəcə, lazımi vaxtda lazımi yerdə olmaq kifayətdir.
 
 
- Əsas heyətdəki yer uğrunda Huqo Barqasla mübarizə aparacaqsız. Amma görünür rəqabət sizin münasibətinizə pis təsir göstərmir.
- Bütün komanda yoldaşlarımla, eləcə də Huqo ilə münasibətim yaxşıdır. Əgər o daim qol vursa, mən buna yalnız şad olaram. Əsas odur komanda qələbə qazansın. Əlbəttə, mən də "Neftçi” üçün faydalı olmaq istəyirəm və hesab edirəm ki, Huqo ilə rəqabətimizin bütün komandaya xeyri dəyəcək. Kim daha yaxşı hazır olsa, o da oynayacaq.


Digər xəbərlər

Xəbər xətti