İslam oyunlarında futbol millimizə kim rəhbərlik edəcək?

12:15 10 Fevral 2017

Mayda Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qatılacaq Azərbaycan yığmasına kimin rəhbərlik edəcəyi məlum olub.

 

Sportarena.az xəbər verir ki, AFFA rəhbərliyi komandanı Yaşar Vahabzadəyə tapşırmağı qərara alıb. Çalışdırıcı özü də bu məlumatı "Futbol+" qəzetinin sorğusuna cavabında təsdiqləyib.
 

Qaydalara görə, komandada yaşı 23-ə qədər olan futbolçular çıxış edəcək. Amma daha yaşlı 3 futbolçunun da iştirakına icazə verilir. Vahabzadə həmin 3 futbolçunu Prosineçkinin məsləhətiylə müəyyənləşdirəcəyini, yığmanın heyətini xorvatiyalı çalışdırıcı ilə görüşdən sonra formalaşdıracağını deyib.


Digər xəbərlər

Xəbər xətti