Turkiyə kubokunun 1/8 final mərhələsinin qalmaqallarla yadda qalan "Beşiktaş" - "Fənərbaxça" matçıyla bağlı cəzalar açıqlanıb.
Sportarena.az xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsi "ağ-qaralar"ın futbolçusu Dusko Tosiçi rəqib komandanın futbolçusu Robin van Persini vurduğuna görə 4 oyunluq diskvalifikasiya ilə bərabər 71 min lirə cərimələyib. "Qara qartallar"ın baş məşqçi Şenol Günəşə idmançıya yaraşmayan hərəkətlərinə görə 1 oyun paltardəyişmə otağına və texniki zonaya giriş qadağası qoyulub, üstəlik 13 min lirə pul cəzası verilib. "Beşiktaş"ın idarə heyətinin sözçüsü Metin Albayrak isə derbini hakimlərinə yönəlik, paltardəyişmə otaqlartının dəhlizindəki həqarəti və fiziki təzyiq təşəbbüsü əsası ilə 4 ay 15 gün stadionlardan uzaq qalacaq. Üstəlik 150 min lirə cərimə ödəyəcək.
İntizam Komitəsi "Fənərbaxça"nı da cəzasız qoymayıb. Komandanın hollandiyalı hücumçusu van Persi etdiyi nalayiq hərəkətlərə görə 3 oyunluq diskvalifikasiya olunub. Hollandiyalı ulduz 19500, "Sarı-lacıvərtlilər" isə 3 fərqli şikayətdən dolayı ümumilikdə 52500 lirə ödəməli olacaq.