Van Persinin cəzası azaldıldı

16:56 11 Fevral 2017

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Robin Van Persinin cəzasını yüngülləşdirib.

 


Sportarena.az xəbər verir ki, "Fənərbaxça"nın şikayəti əsasında məsələ yenidən baxan İK hollandiyalı hücumçunun cəzasını azaldıb. Ölkə kubokunda "Beşiktaş"la oyunda Van Persinin rəqib azarkeşlərə və futbolçulara qarşı davranışına görə verilən 3 oyunluq cəza 2 oyuna endirilib.

 


Qeyd edək ki, Van Persi həmin oyunda vurduğu qoldan sonra rəqib azarkeşlərə və futbolçulara dilini göstərmişdi. 


Digər xəbərlər

Xəbər xətti