Yunanıstan Super Liqasında 20-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu AEL səfərdə lider “Olimpiakos”la qarşılaşıb. Oyunun ilk hissəsi Pirey təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnib. Amit meydana fasilədən dərhal sonra çıxıb. Qarşılaşmanın sonrakı dəqiqələrində qol olmayıb. Oyun “Olimpiakos”un 2:0 hesablı qələbəsiylə nəticələnib.
20 oyundan sonra hesabında 17 xal olan Larissa təmsilçisi 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.