“Mançester Yunayted” Premyer Liqanın tarixinə növbəti unikal göstərici əlavə edib.
Sportarena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın 25-ci turda “Uotford”a qalib gəldikləri (2:0) oyun əlamətdar olub. Bu qələbədən sonra “Mançester Yunayetd” Premyer Liqada qazandığı xalların sayını iki minə çatdırıb.
Premyer Liqa 1992-ci ildən bu adı daşıyır. Bu müddətdə “Mançester Yunayted” 13, digər klublar isə 11 dəfə çempion olublar. Xal sayına görə 2-ci pillədə “Arsenal” qərarlaşıb - 1797.
Qeyd edək ki, Premyer Liqanın bir mövsümündə maksimum 114 xal toplamaq olar.