“Yuventus”un hücumçusu Paulo Dibala gələcək karyerası ilə bağlı qərarını verib.
Sportarena.az xəbər verir ki, “qoca sinyora”nın baş direktoru Cüzeppe Marotta İtaliya mətbuatına tezliklə ulduz futbolçu ilə yeni müqavilə imzalayacaqlarını bildirib:
“Dibalanın meneceri hazırda Argentinadadır. Ayın sonunda bura gələcək və biz yeni müqaviləyə qol çəkəcəyik”.
Qeyd edək ki, Paulo Dibala “Real” və “Barselona” heyətinə qatmaq niyyətində idi.