Cüdoçularımızdan Fransada uğursuz çıxış

13:57 13 Fevral 2017

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan təmsilçiləri üçün uğursuz alınıb.

 

100 kq çəki dərəcəsində yer alan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə portuqaliyalı Xorxe Fonsekaya, dünya çempionu Elxan Məmmədov yaponiyalı Kentaro İidaya, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə cənubi koreyalı Kyontae Kimə ipponla uduzaraq, mübarizəni dayandırıb.

 

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış günündə əldə etdikləri 3 bürünc medalla kifayətlənməli olublar. Həmin medallara Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) sahib çıxıb. 73 kq çəkidəki daha bir cüdoçu, Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov isə 5-ci yerlə kifayətlənib.

 

Qeyd edək ki, Azərbaycan yığması ümumi komanda hesabında 61 ölkə arasında 13-cü, kişilərin mübarizəsində isə 9-cu yeri tutub.


Digər xəbərlər

Xəbər xətti