“Mançester Yunayted”in və Ermənistan millisinin yarımmmüdafiəçisi Henrix Mxitaryan BBC-yə müsahibə verib.
Sportarena.az xəbər verir ki, erməni futbolçu ölkəsində çətinliklə keçən uşaqlıq illərini xatırlayıb, Azərbaycanla Ermənistan arasındakı müharibəyə toxunub:
“Uşaqlıq illərim çox ağır keçib. Mən Ermənistanda yaşayanda Azərbaycan kimi qonşularımızla çoxlu problemlərimiz var idi. Bu, əsl müharibə idi. Futbolçu olmaq da, xaricə getmək də çətin idi. İstənilən vətəndaş kimi orduda xidmət etməli idin”.