Avropa gənclərinin qış olimpiya festivalında keçirilən xokkey oyununda biabırçı hesab qeydə alınıb.
Sportarena.az xəbər verir ki, Rusiyanın xokkey yığması Türkiyə millisinə rəhm etməyib. Qarşılaşma 42:0 hesabı ilə bitib. Rusiya yığması ilk hissədə 15 dəfə fərqlənib. İkinci yarıda 12 şayba vuran ruslar 3-cü hissədə də 15 dəfə fərqlənməyi bacarıblar.
Rusiya yığmasının xokkeyçisi Yeqor Serdyuk 6 şayba vuraraq, qarşılaşmanın ən məhsuldar oyunçusu olub.