"Barselona" Çempionlar Liqasının qalibi olacaq - UEFA açıqladı

11:47 14 Fevral 2017

UEFA-nın ötən mövsüm Çempionlar Liqasında "Real"ın çempion olacağı ilə bağlı təxmini özünü doğrultdu. 
 
 
Sportarena.az xəbər verir ki, bu il də qurumun rəsmi saytında bu mövsüm haqda proqnoz yerləşdirilib. Proqnoza əsasən PSJ, "Benfika", "Real", "Porto" və "Sevilya"nın çempion olmaq şansı çox azdır. Belə ki, çempionluq üçün qrup liderliyi önəmli amildir. Son 11 çempiondan 10-u qruplarından lider olaraq çıxıb. Tək istisna 2010-cu ildə "İnter" olub.
 
 
"Yuventus", "Atletiko Madrid", "Dortmund", "Benfika", "Mançester Siti", "Real" ın da şansı elə də yoxdur. Belə ki, 2003-cü ildən bu yana qrupda müdafiəsi ən yaxşı olan heç bir komanda çempion ola bilmir. Hətta 2009-u ildə "Barselona" müdafiə baxımından qrup mərhələsinin 18-cisiydi. Qruplarda 8-dən çox qol buraxan heç bir komanda çempion olmur. 
 
 
Turnirin debütandı "Leiçester" də şansı azdı. Belə ki, qruplarda debüt edən heç bir komanda finalda oynamayıb. 2006-cı ildə "Vİlyarreal" ilk ola bilərdi. Lakin "Arsenal"a yenilib.
 
 
Bütün bu analizlərdən sonra UEFA-nın proqnozuna əsasın bu mövsüm Çempionlar Liqasının qalibi "Barselona" olacaq.


Digər xəbərlər

Xəbər xətti