Premyer Liqanın 25-ci turunun dünən “Bornmut”a qarşı oyununda zədələnən “Mançester Siti”nin hücumçusu Qabriel Jezusun durumunun ciddi olduğu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, o, 2-3 aylıq sıradan çıxıb.
Qeyd edək ki, Jezus Premyer Liqada bu mövsüm meydana çıxdığı 4 matçda 3 qol vurub.