Aquero: "Liverpul"a çoxdan azarkeşlik edirəm" - AÇIQLAMA

11:09 15 Fevral 2017

“Mançester Siti”nin hücumçusu Serxio Aquero 2006-cı ildə “Liverpul”un oyunçusu olmağı arzuladığını deyib.

 

Sportarena.az xəbər verir ki, argentinalı “qırmızılar”a azarkeşlik etdiyini söyləməklə “şəhərlilər”in fanatlarını özündən çıxarıb:

 

“O vaxt İngiltərəyə gəlmək imkanım olsaydı, məhz “Liverpul”da oynayardım. Bu komandaya çoxdan azarkeşlik edirəm”.

 

Qeyd edək ki, Aquero Madrid “Atletiko”suna 2006-cı ildə “İndependyente”dən gəlmişdi. 5 il İspaniyada oynadıqdan sonra “Mançester Siti”yə üz tutan 28 yaşlı forvardın yayda klubunu dəyişəcəyiylə bağlı söz-söhbət səngimir. İngiltərə mətbuatı dəfələrlə hücumçunun baş məşqçi Xosep Qvardiolayla münasibətlərinin qaydasında olmadığı haqda yazıb.


Digər xəbərlər

Xəbər xətti