Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçirilən PSJ - "Barselona" ağır matçından (0:4) sonra keçirilən mətbuat konfransı qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Luis Enrike jurnalistlərdən birinin üstünə hücum çəkib. Buna səbəb TV3 kanalının əməkdaşı Xordi Qraunun suallarının onu qəzəbləndirməsi olub. Jurnalistin üzərinə hücum edən mütəxəssisi güclə saxlayıblar.