"Əslində, futbolçu karyeramızda maraqlı hadisələr çox olub. Ən maraqlısı U-19 yığmasının heyətində baş verib".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev bildirib. AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasının qonağı olan yarımmüdafiəçi hələ U-19 yığmasında çıxış edərkən qarşılaşdığı gülməli hadisədən danışıb:
"Bosniya və Herseqovinada elit-raund oynayrıdıq. Bizdən dövlətimizin himnini istəmişdilər. Bizim də Elxan dayımız var. O da səhvən Rəmişin diskini vermişdi. Diski qoyanda "Can ay Rəmiş" başladı. Milli komandamızda hamını gülmək tutdu ki, bu, nə mahnıdır. Elxan dayı da dedi ki, səhv salmşam, indi düzəldəcəyəm, narahat olmayın".