"Şahdağ"ın növbəti oyunu da təxirə salınır? - FOTOLAR

15:24 16 Fevral 2017

Birinci divizionun 16-cı turu çərçivəsində sabah baş tutmalı olan "Şahdağ"-"Bakılı" oyunu təxirə salına bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb ölkə ərazisindəki qarlı hava şəraitinin davam etməsidi. Ötən gündən başlayan güclü qardan sonra "Şövkət Orduxanov" adına Qusar şəhər stadionu tam sıradan çıxıb.

 

 

Bu səbəbdən komandanın bu günə planlaşdırılan məşqi də baş tutmayıb. Hazırda stadionda 40 sm-dən hündürlüyündə qar var. Arenanın təmizlənməsinə səy göstərilsə də, bu, mümkün olmayıb.

 

 

Klubun mətbuat xidmətnin rəhbəri Xanbaba Daşdının Sportarena.az-a verdiyi məlumata görə. Stadionun vəziyəti barədə Peşəkar Futbol Liqasına müraciət olunub. Oyunun təxirə salınması istisna edilmir.

 

 

Xatırladaq ki, birinci divizionun 14-cü turunun "Şahdağ" - "Zaqatala" matçı da daxil olmaqla bütün oyunları əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.


Digər xəbərlər

Xəbər xətti