2026-cı ildə dünya çempionatının final mərhələsi 3-4 ölkədə keçirilə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “Reusters” xəbər agentliyinə FİFA prezidenti Canni İnfantino məlumat verib. O bildirib ki, qərar təsdiqlənsə, bu halda oyunlar hər ölkədə 4-5 stadionda keçiriləcək.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində ilk dəfə olaraq 48 komanda oynayacaq.