“Monako” klubu maraqlı qərar qəbul edib.
Sportarena.az xəbər verir ki, Fransa təmsilçisi Belçikanın “Serkl Brügge” klubunun səhmlərinin bir hissəsinə sahib olmağı planlaşdırır. Bu barədə “qırmızı-ağlar”ın rəhbərliyi Belçika klubu ilə yaxın günlərdə danışıqlara başlayacaq.
Knyazlıq təmsilçisi "Serkl Brügge”nin səhmlərinə sahib olmaqla aşağı yaş qruplarında yetişən oyunçulara təcrübə toplamaq baxımından yeni imkanlar yaratmağı planlaşdırır.