“Barselona”sız ÇL mənim üçün darıxdırıcı olmayacaq” - Prosineçki - AÇIQLAMA

12:22 17 Fevral 2017

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”nın PSJ-yə 0:4 hesabı ilə uduzmasından danışıb.
 
 
Sportarena.az xəbər verir ki, sabiq komandasının ağır məğlubiyyəti Prosineçki üçün gözlənilməz olsa da, o, belə nəticələrin futbola fayda verdiyini bildirib:
 
 
“Futbolda mümkünsüz heç nə yoxdur. “Lester” keçən il Premyer Liqanın qalibi olmadımı? Bu cür sürprizlərin olması yaxşı, hətta əladır. Həmişə 10 eyni klubun Çempionlar Liqasında 1/4 final, yarımfinal və finala çıxması kənardan necə görünər? Belə olan halda, digərləri heç nə edə bilmirlər. Bu mənada, qeydə alınan sürprizlər futbolun marağını artırır. Şəxsən mənim üçün PSJ “Barselona”ya 4:0 hesabı ilə qalib gəldikdən sonra Çempionlar Liqası daha maraqlı gəlir. Təkcə bu deyil. Artıq digər klubların da nəsə etməyə çalışması tendensiya halını alıb. PSJ, doğrudan da, fantastik oynadı, ancaq “Barsa” da pis vəziyyətdə idi. Vaxtilə “Barcelona”nın futbolçusu olmağıma rəğmən, bu cür nəticələrin qeydə alınmasını yaxşı hal hesab edirəm. “Barselona”sız Çempionlar Liqası mənim üçün darıxdırıcı olmayacaq”.
 
 
O, Katoloniya klubunun futbolçusu Leonel Messinin zəif çıxış etməsi ilə bağlı suala belə cavab verib:
 

"Messi 10 il fantastik səviyyədə oynayıb. Bir gün hər şey alınar, bir gün yox. Burda məntiqsiz olan nə var? Soruşursunuz ki, "Messi harada idi"? Heç bir futbolçu 10 il ərzində bütün oyunları yüksək səviyyədə keçirə bilməz. İnanın mənə. Bir gün onlar pis oynayanda, hər kəs bunu soruşur. Kim bilir, bəlkə Messi oyundan öncə yaxşı yata bilməyib? Uzun illər heç kimin bacarmadığı şəkildə bizi heyrətləndirib".

 

Qeyd edək ki, Robert Prosineçki 1995/1996 mövsümündə "Barselona"nın formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti