"Şəmkir"in prezidentindən Kamal Quliyevə cavab - "Bizi kimlərinsə danışdıqları maraqlandırmır" - AÇIQLAMA

13:51 17 Fevral 2017

Ötən gün Birinci divizionun 16-cı turu çərçivəsində "Rəvan"a məğlub olan (2:1) "Şəmkir" baş məşqçisi Qəhrəman Əliyevlə yollarını ayırdı.

 

Sportarena.az xəbər verir ki, ikinici dövrədə iki oyuna çıxan qərb klubu bunlardan birində qalib gəlmişdi. Digər matç isə məhz bakılılara qarşı oldu. "Şəmkir" rəhbərliyinin bu qərarı bizdə maraq oyandıra bilməzdi. Bu səbəbdən klubun prezidenti Elvin Səfərli ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında məsələyə münasibət bildirdi:

 

 

"Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Amma turnir cəıdvəlinin sonunda gedən bir komandaya məğlub olmaq bağışlanılmazdır. Bu dəqiqə tək düşündüyümüz komandanın gələcəyidir. Son turdakı məğlubiyyət hər birimizə pis təsir etdi".

 

 

Son günlər gənc mütəxəssislərdən Kamal Quliyev mətbuata açıqlama verərək "Şəmkir"in prezidentinin onu əvvəl baş məşqçi təyin etdiyini, daha sonra gözlənilmədən fikrini dəyişdiyini bildirib. Fürsət düşmüşkən Səfərlidən bu məsələyə də münasibət öyrəndik:

 

"Bizi bu dəqiqə kimlərinsə danışdıqları maraqlandırmır. Dediyim ki, tək məqsədimiz komandamızın çempion olması və gözəl oyun sərgiləməsidir. Bu işdə də Mehman Yunusova güvənmişik. Hələlik komandanın "sükanı arxasında" Yunusovdur. Gələcəkdə nə olacaq, onu zaman göstərəcək".

 
 
Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti