Türkiyənin "Karabükspor” klubu UEFA tərəfindən sərt cəzalandırılıb.
Sportarena.az xəbər verir ki, superliqa təmsilçisi avrokuboklardan kənarlaşdırılıb. Buna səbəb klubun maliyyə feyr-pleyinin tələblərini pozmasıdır.
Uzun müddət “Karabükspor”la bağlı araşdırma aparan UEFA klubu 2 il beynəlxalq yarışlardan kənarlaşdırıb. “Karabükspor” 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edə bilməyəcək.