Birinci divizionda 16-cı turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, bu gün iki oyun keçirilməliydi. Ancaq əlverişsiz hava şəraitinə görə "Şahdağ" - "Bakılı" oyunu təxirə saldığından bir görüş baş tutub. Mingəçevirdə keçirilən və 6 qolun vurulduğu "Energetik" - "Göyəzən" oyununda isə qalib müəyyənləşməyib - 3:3
Qeyd edək ki, "Şahdağ" - "Bakılı" matçı martın 30-da keçiriləcək.
17 fevral
Energetik - Göyəzən 3:3
Qol: Samir Əliyev, 31. Elməddin Cəfərov, 37. Nicat Əhmədov, 43 - Orxan İsmayılov, 53; 69; 78-pen.