FİFA-nın ölkəmizdə ilk dəfə futzal hakimləri və hakim-inspektorları üçün keçirilən seminarı başa çatıb.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Nəzəri və praktiki məşğələlərin keçirildiyi seminara belçikalı FİFA təlimatçısı Perry Gauter rəhbərlik edib.