Azərbaycan əsilli futbolçu Ayaz Quliyev Rusiyanın Premyer Liqasında çıxış edən "Anji”ylə anlaşıb.
Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Spartak” (Moskva) 20 yaşlı yarımmüdafiəçini “Anji”yə buraxmağa razı olub. Quliyev “Spartak”ın 2-ci komandasında 2014-cü ildən çıxış edirdi.
Qeyd edək ki, o, cari mövsümdə 17 oyunda iştirak edib.