Azərbaycanlı futbolçu Akif Tağıyev Türkiyənin həvəskarlar liqasında çıxış edən “Merzinfonspor”la anlaşıb.
Sportarena.az xəbər verir ki, “Zenit”in yetirməsi olan Tağıyev ölkəmizdə “Turan”, “Xəzər Lənkəran”, “Araz”, “Şəmkir”, “Ağsu” klublarında top qovub. O, Azərbaycanın U-17 və U-19 millilərinin də üzvü olub.
Qeyd edək ki, Tağıyevin son klubu da Türkiyənin həvəskarlar liqasından olub. O, sonuncu dəfə “Bursa Nilufer Ərdəmlispor” komandasında çıxış edib.