“Nyu-York Siti”nin futbolçusu Andrea Pirlo “Yuventus”a qayıdacaq.
Sportarena.az xəbər verir ki, Pirlo sabiq klubunda səfir kimi fəaliyyət göstərəcək. Turin klubunun rəhbərliyi hesab edir ki, Pirlo “Yuve”nin maraqlarını xaricdə uğurla təmsil edəcək. Pirlonun “Nyu-York Siti” ilə müqaviləsi bu ilin dekabrında başa çatacaq. O, bundan dərhal sonra səfir kimi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Pirlo “Yuventus”da 2011-2015-ci illərdə çıxış edib.