Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE qran-prisinə start verilib.
Sportarena.az xəbər verir ki, mötəbər yarışda mübarizə aparan təmsilçimiz Şəhriyar Məmmədyarov ilk görüşündə ispaniyalı Fransisko Valeyxo ilə qarşılaşıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz ilk matçından bərabərliklə ayrılıb.
Qeyd edək ki, 18 şahmatçının çıxış etdiyi turnir 9 tur davam edəcək.