Serbiya çempionatında “Rad”ın qonağı olan “Partizan”ın futbolçusu Everton Ruis xoşagəlməz halla üzləşib.
Sportarena.az xəbər verir ki, “Partizan”ın 1:0 hesabıyla qalib gəldiyi derbi oyunu zamanı yerli azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalan Everton, göz yaşlarına hakim ola bilməyib. O, oyundan sonra açıqlamasında fanatların xoşagəlməz hərəkətinə belə reaksiya verib:
“Burda özümüzü evimizdə hiss edirik. Buna görə, oyunun sonlarında göz yaşlarıma hakim ola bilmədim. 90 dəqiqə ərzində tribunalardan irqçi şüarlar səsləndirildi. Xahiş edirəm, irqçiliyə “yox” deyək”.