Azərbaycan çempionatında yeni komanda - AÇIQLAMA

11:24 21 Fevral 2017

Gələn mövsümdən Azərbaycanın Birinci divizionunda yeni komanda mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, söhbət "Binə" komandasından gedir. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC  Sport"da yayımlanan "Bizim Futbol" verilişində məlumat verib:

 

 

"İki gənc mənə yaxınlaşdı və belə bir fikirdə olduqlarını bildirdilər. Onlar "Binə" adlı komandanın I Divizionda mübarizə aparmasını istəyirlər. Məndən bunun üçün hansı sənədlar lazım olduğunu soruşdular. Cavab verdim ki, bank təminatını mənə təqdim edin, qalan sənədləri özüm təşkil edəcəyəm. Əməkdaşımız Zamiq Hüseynova bu məsələ ilə bağlı xüsusi tapşırıqlarımı vermişəm. Binə qəsəbəsində AFFA-nın balansında olan stadion var. "Binə"nin ev oyunlarını həmin stadionda keçirməsi ilə bağlı AFFA-ya müraciət edəcəyəm. Həmin stadionun meydançası süni örtükdən olsa da, keyfiyyətlidir". 


Digər xəbərlər

Xəbər xətti