"Şahdağ" Qubaya köçür? - AÇIQLAMA

15:20 21 Fevral 2017

Birinci divizionda mübarizə aparan "Şahdağ"ın mövsümün ikinci hissəsində keçirməli olan ev oyunları baş tutmayıb. Bunun səbəbi isə ölkə ərazisindəki əlverişsiz hava şəraitidi. Digər bölgələrə nisbətən şimal-şərq zonasına daha çox qarın yağması bu komandanın oyunların da təsirsiz ötüşmədi.

 

Qusar klubu "Zaqatala" və "Bakılı" ilə ev oyunlarından öncə meydanı heç cür qardan təmizləyə bilmədi. Birinci divizionun 14-cü turu ümumiyyətlə təxirə salındısa, digər turlarda başqa klublar vəziyyətdən çıxa bildi. Bu, süni örtüklü meydançalara sahib olan komandalar üçün daha asan oldu. Bəs "Şahdağ" qarşıdakı oyunları keçirmək üçün nə edəcək? Sualımızı klubun mətbuat katibi Xanbaba Daşdı cavablandırdı. O, Sportarena.az saytına açıqlamasında stadionun hazırda futbol oynamaq üçün tam yararsız olduğunu söylədi:

 

 

"Stadion artıq tam yararsız vəziyyətə düşüb. Nə qədər cəhd etsək də, həmin oyunlara hazır ola bilmədik. Bu, komandaya əlavə problemlər yaradır. İndi də stadionun vəziyyəti yaxşı deyil. Orada futboldan başqa hər şey oynamaq olar. Havalar düzələnə qədər heç nə dəyişməyəcək".

 

Qusar təmsilçisi əvvəlki illərdə ev oyunlarını Quba Olimpiya Kompleksinin stadionunda keçirirdi. Belə vəziyyət davam edərsə, yenidən "Şahdağ" oyunlarını Qubada keçirilə bilərmi sualına klub rəsmisi belə cavab verdi:

 

"Bəli, ola bilər. Quba Olimpiya Kompleksinin stadionu standardlara cavab verdiyindən mümkündü. Vəziyyət dəyişməsə, orada oynaya bilərik".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti