Volkan Dəmirəl "Fənərbaxça"ya lazım olmadı

15:46 21 Fevral 2017

Türkiyənin "Fənərbağça" klubu qapıçı Volkan Dəmirəllə müqaviləni uzatmayacaq.

 

Sportarena.az xəbər verir ki, 15 ildir İstanbul komandasının şərəfini 36 yaşlı qapıçı mövsümün sonunda "Fənərbağça"dan ayrılacaq. Onun cari mövsümdə uğursuz çıxış etməsi bu qərarda mühüm rol oynayıb.

 

Klub rəhbərliyi bundan öncə Emre Belözoğlu, Səlcuq Şahin, Pyer Vebo, Egemen Qorxmaz, Gökhan Könül kimi nisbətən yaşlı oyunçularla da müqavilənin müddətini uzatmamışdı.

 

Qeyd edək ki, Dəmirəl 2002/2003-cü il mövsümündən "Kartalspor"dan "Fənərbağça"ya transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti