Bu gün baş tutacaq iki oyunla Çempionlar Liqasının 1/8 final mərhələsinin ilkin oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, gecənin matçlarından biri Portuda baş tutub. Şəhərin eyni adlı təmsilçisi "Yuventus"la üz-üzə gəlib. "Qoca sinyora" İtaliyaya qələbə ilə qayıdıb.
Digər görüşdə isə "Sevilya" "Lester"i qonaq edib. "Sevilya" minimal hesablı qələbəyə sevinib.
Çempionlar Liqası, 1/8 final, ilkin oyunlar
22 fevral
Portu - Yuventus 0:2
Qol: Pyaça, 72. Alveş, 74.
Sevilya - Lester 2:1
Qol: Sarabiya, 25. Korrea, 62 - Vardi, 73