Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinovun Çinin “Meycjou Xaka” klubu ilə imzaladığı müqavilənin şərtləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 1 illik müqavilə imzalayan 31 yaşlı hücumçunun qazanacağı məbləğ də açıqlanıb.
Qış transfer dönəmində "Qəbələ" ilə danışıqlar aparan Bojinov Çində çıxış etdiyi müddətdə bonuslar da əlavə olmaqla 1 milyon avro qazanacaq. Futbolçunun çıxışı məşqçilər korpusu tərəfindən bəyənilsə, tərəflər arasında 1 illik yeni müqavilə imzalanacaq və forvardın məvacibi bir qədər də artırılacaq.
Qeyd edək ki, Valeri Bojinov karyerası ərzində "Mançester Siti" və "Yuventus" kimi komandalarda çıxış edib.