Dünyanın ən zəif yığmalarından ikisi arasında yoxlama oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, San-Marino və Andorra milliləri üz-üzə gəlib. DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan san-marinolular öz meydanında məğlub olub. Hər hissədə 1 qol vuran andorralılar 2:0 hesablı səfər qələbəsi qazanıb.
Bu, Andorra futbolu tarixinə ilk səfər qələbəsi kimi düşüb. Ümumilikdə isə “cırtdan”lar 86 oyunluq qələbə həsrətinə son qoyub. Onların son qələbəsi 2004-cü ilə təsadüf etmişdi. Amdorralılar həmin ilin oktyabrında Makedoniyanı 1:0 hesabı ilə yenmişdi.