Bir neçə gün öncə "Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz bağışlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına komandanın baş məşqçisi Mutlu Topçu açıqlama verib. O, superliqanın 21-ci turunda "Kayserispor"la oyundan (0:2) sonra cəzalandırılan Dəniz Yılmaz və Sərcan Yıldırımın komandaya cəlb olduğunu bildirib:
"Bu futbolçuların komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. Ağıllanmaları üçün bu addımı atmışdıq. Növbəti oyunlara ciddi hazırlaşmalarını istəyirdik. Qarşıdan gələn oyunlarda hər iki futbolçunu meydanda görə bilərsiniz".
Qeyd edək ki, "Kayserispor”la matçda rəqibə qarşı kobud oynayan Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin qarşılaşmadan sonra millimizin üzvü "Bursaspor"un əsas komandasından qovulmuşdu.