Seleksiya xarakterli təlim-məşq toplanışında olan 19 və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının yoxlama oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, oyundan əvvəl AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, komitənin üzvləri Ağasəlim Mircavadov və Şakir Qəribov hər iki komandanın heyəti ilə görüşüb, müvafiq tövsiyələrini veriblər.