AFFA üç klubu cərimələdi - 120 manat

13:15 24 Fevral 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Birinci divizionun 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

"Qaradağ Lökbatan” - “Ağsu” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Şamo Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

"Energetik” - “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Energetik”in futbolçusu Etibar Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti