Balotelliyə görə Fransa klubunun xalı silindi

14:31 24 Fevral 2017

“Nitsa”nın futbolçusu Mario Balotelli “Bastiya” ilə səfər oyunu zamanı yerli azarkeşlər tərəfindən irqçi təhqirə məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi bu məsələni araşdırıb. “Bastiya” azarkeşlərinin davranışına görə cəzalanıb. Komandanın şərti olaraq bir xalı silinib. Analoji hadisə bir daha təkrarlanacağı təqdirdə, “Bastiya”nın hesabından avtomatik olaraq daha bir xal silinəcək. Eyni zamanda, stadionun fanat tribunası da 3 oyunluq qapadılıb.


Digər xəbərlər

Xəbər xətti