"Striptiz göstərən qadından ana olmaz" - Caner Erkindən keçmiş həyat yoldaşına

15:11 24 Fevral 2017

"Beşiktaş"ın futbolçusu Caner Erkinlə sabiq həyat yoldaşı Asena Atalay arasındakı gərginlik hər ötən gün bir az da artır.
 
Sportarena.az xəbər verir ki, cütlük anlaşmalı şəkildə boşansa da, Canerin Şükran Ovalı ilə evliliyindən sonra Asenanın tələbləri bitmək bilmir. Futbolçu övladı üçün lazım olan ödənişləri etdiyini desə də, Asena yüksək məbləğ tələb edib. Məhkəmə də Asenanın tələb etdiyi məbləğin yüksək olduğunu bildirərək, onun tələbini rədd edib.
 
 
Baş verən bütün bu söz-söhbətlər ulduz futbolçunun oğlunu öz nüfuzuna keçirmək istəməsi ilə yekunlaşıb. Asenanın İnstagram hesabında "dirək görəndə dayana bilmirəm" başlığı ilə paylaşdığı striptiz videosu Caneri özündən çıxarıb:
 
 
"Keçmiş həyat yoldaşım uşağım üçün məndən tələb etdiyi pulları özü üçün xərcləyir və vaxtını oğlu ilə keçirməli olduğu halda səyahətlərdə, gecə klublarında, partilərdə və striptiz klublarında əylənir. Striptiz göstərən qadından ana olmaz".
 
 
Qeyd edək ki, Asena sözügedən paylaşımı Caner Erkinin xəbərdarlığından sonra silib.
 
 
 


Digər xəbərlər

Xəbər xətti