Azərbaycana qarşı növbəti erməni təxribatı - FOTO

17:11 24 Fevral 2017

Rusiyanı təmsil edən erməni döyüşçü Vartan Asatryan MMA üzrə 59-cu beynəlxalq "Fight Nights Global” turnirində təxribata yol verib. 



Sportarena.az xəbər verir ki, xoşgəlməz olay Rusiyanın paytaxtı Moskvadakı "Ximki Arena”da erməni idmançının Azərbaycanın "TT Fight Club”un üzvü Elnar İbrahimovla döyüşü zamanı baş verib.

 

Döyüşün başa çatmasına 55 saniyə qalmış V.Asatryan texniki nokautla qalib gəlib və qələbəsini Dağlıq Qarabağın separatçı rejiminin bayrağını açmaqla qeyd edib.

 


Digər xəbərlər

Xəbər xətti