“Lester”in baş məşqçisi Klaudio Ranyerinin istefaya göndərildiyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Ranyeriyə dəstəyini nümayiş etdirib. O, “instaqram”da Ranyeri ilə şəklini paylaşıb və belə yazıb:
“İngiltərə çempionu, FİFA-nın versiyasına görə dünyanın ən yaxşı məşqçisi istefaya göndərilib. Müasir futbol belədi. Gülümsəməkdə davam et, Klaudio. Heç kim sənin yazdığın bu tarixi silə bilməz”.