Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubunun uğursuz çıxışı azarkeşlərin səbr kasasını doldurub.
Sportarena.az xəbər verir ki, Superliqanın 22-ci turunda səfərdə "Kasımpaşa"ya məğlubiyyət (4-0) azarkeşlərin böyük etirazına səbəb olub. Fanatlar oyundan sonra Bursaya qayıdan komandanın avtobusuna hücum ediblər. Hadisə Osmanqazi körpüsünün yaxınlığında baş verib. Avtobusun dayandığını görən bir qrup azarkeş əllərində olan bıçaq və dəyənəklərlə hücuma keçib. Onlar avtobusun içərisinə daxil olmağa və futbolçuların üzərinə hücum etməyə imkan tapıblar. Hücum nəticəsində bir neçə futbolçu ciddi xəsarətlər alıb. Ən ağır xəsarət alan isə qapıçı Harun Təkin olub. O,.xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, millimizin üzvü cəzalı Dəniz Yılmaz olduğu üçün matçda iştirak etməsə də, komandaya dəstək olmaq üçün səfərə aparılmışdı.