“Çelsi”nin baş məqşçisi Antonio Konte “Lester”dən qovulan həmyerlisi Klaudio Ranyeri barədə danışıb.
Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Konte, son 5 mövsümdə İngiltərə Premyer Liqasında çempion olan mütəxəssislərin növbəti mövsümdə qovulmasına maraqlı cavab verib:
“Mövsümün əvvəlində bəzi şəxlər tərəfindən qovulmağa əsas namizədlərdən idim. Önəmli olan bu mövsümü ən yaxşı formada başa vurmaqdı. Bu xəyalı gerçəkləşdirə bilsəm, növbəti mövsümdə Ranyeri kimi qovulmağa hazıram. Çempionatın bitməsinə 13 tur qalıb. Biz bu turlarda da lider olaraq qalmaq istəyirik. Bu asan olmayacaq, ancaq bu risqə getməyə hazıram”.
Qeyd edək ki, Ranyeri 2 gün əvvəl ötən mövsüm çempion etdiyi "Lester"dən qovulmuşdu.