Premyer Liqanın 2 oyunu baş tutmayacaq - Finala görə

13:07 25 Fevral 2017

İngiltərə Premyer Liqasının iki oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu gün baş tutmalı olan "Sauthempton" - "Arsenal", sabah keçirilməli olan "Mançester Siti" - "Mançester Yunayted" matçları İngiltərə Liqa kubokunun finalı ilə əlaqədar olaraq təxirə salınıb. Belə ki, finalda "Mançester Yunayted"lə "Sauthempton" komandaları üz-üzə gələcəyindən sözügedən görüşlər təxirə salınmalı olub.

 

Qeyd edək ki, final matçı ənənəvi olaraq fevralın sonuncu bazar günündə, yəni, fevralın 26-da keçiriləcək. "Uembli" stadionunda baş tutacaq oyun saat 19:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti